ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik çərşənbə günü Vyanaya yola düşür. Səfərin məqsədi Minsk Qrupunun üzvlərini və ATƏT-in baş katibini Qarabağ münaqişəsinin həlli üzrə danışıqların gedişatı barədə məlumatlandırmaqdır.
“Bu gün həmsədrlər bəyanatla çıxış edəcəklər. Bəyanatda Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yeni zorakılıq dalğasının yaranması ilə əlaqədar narahatlıq ifadə olunacaq”, - deyə C.Uorlik “Twitter” səhifəsində yazıb.
İyulun 22-də Brüsseldə keçirilən Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşü çərçivəsində vasitəçilərlə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçirilib.
Y.Əliyev