Fövqəladə Hallar Nazirliyi Lerik rayonunun Piran kəndindəki dağlıq ərazidə meşə zolağını əhatə edən yanğının qarşısını alıb. Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, son günlərdə baş verən yanğın 20 hektar ərazini əhatə edib. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsi, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və şəxsi heyəti cəlb edilib.
Bununla yanaşı, FHN əməkdaşları Lənkəran rayonundakı Hirkan Milli Parkında 5 hektar sahəni əhatə edən yanğınla mübarizə aparırlar.
Nazirliyin məlumatına görə, yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğının qarşısı alınıb və söndürülməsi üzrə işlər davam etdirilir.
F.İsazadə