“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2014-cü il noyabrın 3-dən Bakı-Həştərxan-Bakı marşrutu üzrə müntəzəm uçuşların yerinə yetirilməsini bərpa edəcək. Bu barədə AZAL-ın rəsmi saytında məlumat verilir.
Bakı-Həştərxan-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə - bazar ertəsi və çərşənbə axşamı günləri "Embraer" tipli hava gəmiləri ilə həyata keçiriləcək.
Bakıdan uçuş saat 19:00-da, Həştərxanda eniş saat 19:20-də yerinə yetiriləcək.
Həştərxandan təyyarə saat 03:15-də havaya qalxacaq və saat 05:35-də Bakıda eniş edəcək.
Vergi və yığımlar nəzərə alınmaqla bir istiqamətə biletin qiyməti 195,21 manat təşkil edir.