SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Azərbaycanın qərb regionunda yaşayış məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması üzrə işlərə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun müxbiri məlumat verir.
Ölkənin Samux və Göygöl rayonlarında qaz təsərrüfatının yaxşılaşdırılması, həmçinin əhalinin qazla fasiləsiz təmin edilməsi məqsədilə mövcud qaz xətlərinin təkmilləşdirilməsi üzrə işlər həyata keçirilib. Samux rayonunun Əliuşağı kəndində yeni müasir qazpaylayıcı stansiya tikilib. Stansiyaya ümumi uzunluğu 2358 metr olan qaz xətti qoşulacaq.
Yeni qazpaylayıcı stansiya qış mövsümündə Samux və Göygöl rayonlarında qaz təchizatı ilə bağlı problemləri həll edəcək, eləcə də rayonların əhalisinin normal qaz təchizatını təmin edəcək.
Qazpaylayıcı stansiyanın tezliklə istismara verilməsi planlaşdırılır.
F.Mehdiyev