Lerik rayonunun Hirkan Milli Parkında yanğın tam söndürülüb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) məlumatında deyilir.
Yanğını ETSN-in müvafiq yerli qurumlarının əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələrinin səyləri nəticəsində tam söndürmək mümkün olub.
İlkin hesablamalara görə, Milli Parkın 2,5 hektar ərazisinə, həmçinin 10 hektar meşə fondu torpağına ziyan dəyib.
Hazırda yanğına məruz qalmış ərazilər yenidən alovlanma ehtimalı nəzərə alınaraq nəzarətə götürülüb.
Yanğın iyulun 21-də Lerik rayonunun yüksək dağlıq ərazisində başlayıb, sonradan meşə fondu ilə sərhəddə yerləşən Hirkan Milli Parkının ərazisinə keçib.
A.Zeydullayeva