İyul ayının 3-də Bakıda şirkət ofisinə edilmiş basqının üstü açılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə günü Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Nərimanov Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin və 18-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini Elnur Məmmədov saxlanılıb. İlkin istintaq zamanı müəyyən olunub ki, o, paytaxt sakini Mirəhməd Əhmədovla birgə “Gilan Agro” MMC-nin ofisinə hücum edərək təhlükəsizlik xidmətinin əməkdaşı İntiqam Axundovun əl-qolunu yapışqanlı lentlə bağlayıb və içərisində 60 min manat və $4,18 min olan seyfi aparıblar.
Hazırda M.Əhmədov axtarışdadır.
Nərimanov RPİ-nin İstintaq şöbəsində cinayət işi açılıb, istintaq davam edir.
C. Həmidov