2014-cü ilin I yarısında SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 4 mln. 198,2 min ton neft hasil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,2% çoxdur. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə şirkətdən məlumat verilib.
Cari ilin iyun ayında SOCAR üzrə neft hasilatı 687,4 min ton təşkil edib.
Daha əvvəl SOCAR-ın hasilat və nəql üzrə vitse-prezidenti Rəhman Qurbanova istinadən bildirilib ki, 2014-cü ildə şirkət 8,4 mln. ton neft hasil etməyi planlaşdırır.
Xəbər verildiyi kimi, 2013-cü ildə Azərbaycanda 43 mln. 483,6 min ton neft hasil edilib, bunun 8 mln. 314,4 min tonu SOCAR tərəfindən çıxarılıb.
N.Abbasova