Xəzər dənizində 3,5 bal gücündə zəlzələ baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
Zəlzələnin episentri 59 km dərinlikdə, Nardaran qəsəbəsindən 43 km cənub-şərqdə yerləşib.
Zəlzələ yerli vaxtla saat 00:38-də qeydə alınıb. Təkanlar hiss olunmayıb.
A.Zeydullayeva