“AİST GROUP” MMC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası informasiya sistemi üçün proqram təminatı hazırlayacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Satınalmalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
““ƏƏSMN “AİST GROUP” ilə müvafiq müqavilə imzalayıb”, - deyə agentliyin nümayəndəsi bildirib.
Müqavilənin dəyəri 284 min 999,5 manat təşkil edir.
A.Əzizov