Prezident İlham Əliyev cümə axşamı Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezidentə məlumat verilib ki, 70 minə yaxın tamaşaçı tutumuna malik stadion müasir memarlıq üslubu ilə seçiləcək və bu tipli idman qurğuları sırasında özünəməxsus yer tutacaq.
Dövlət başçısı, həmçinin Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası ilə bağlı görülən işlərlə və Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolunda inşaat işlərinin gedişi ilə də tanış olub.
Dövlət başçısına 18 kilometrlik Bilgəh-Novxanı-Şamaxı-M4 birləşməsi avtomobil yolunun yol qovşaqlarının və piyada keçidlərinin tikintisi barədə məlumat verilib.
R.Babayev