Cümə axşamı müdafiə naziri Zakir Həsənovun Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Deniz Duran ilə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tərəflər, həmçinin beynəlxalq qurumla Azərbaycan arasında qarşılıqlı əlaqələrə və humanitar əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.
R.Babayev