Mədəniyyət və turizm naziri yeni Aparat rəhbərini təyin edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Belə ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Rafiq Bayramov nazirliyin Aparat rəhbəri vəzifəsinə təyin olunub.
Xəbər verildiyi kimi, nazirliyin keçmiş Aparat rəhbəri Firudin Qurbanov prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təhsil nazirinin müavini təyin edilib.
R.Bayramov 2006-cı ildən bu günədək mədəniyyət və turizm nazirinin köməkçisi vəzifəsində işləyib.
A.Zeydullayeva