Azərbaycan İslam Partiyasının fəalları və bir neçə dindar İsrailin Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri hadisə yerindən xəbər verir.
Təxminən 30 nəfərin iştirakı ilə keçirilən aksiya Beynəlxalq Qüds Günü münasibətilə təşkil olunub. Etirazçılar fələstinlilərə dəstək şüarları səsləndirib, xüsusilə Qəzzanın dinc əhalisinə qarşı hərbi əməliyyatlara son qoyulmasını tələb ediblər.
Təqribən 15 dəqiqə davam edən aksiya polis tərəfindən dağıdılıb, saxlanılanlar var.
Fələstinlilərin israillilərə və sionizmə qarşı mübarizəsi ilə həmrəyliyi təcəssüm etdirən Beynəlxalq Qüds Günü 1979-cu ildə İran İslam İnqilabının lideri Ruhulla Musəvi Xomeyni tərəfindən təsis edilib və hər il Ramazan ayının sonuncu cümə günü qeyd olunur.
F.İsazadə