Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) sədri, RF Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin “Rossiya-24” telekanalında səsləndirdiyi son fikirləri müsbət qiymətləndirib.
“Azərbaycan, onun ümummilli lideri və prezidenti İlham Əliyev haqqında «Rossiya 24» telekanalında dediyi fikirlərinə görə cənab Jirinovskiyə təşəkkür edirəm”, - deyə N.Məmmədov “Twitter” səhifəsində yazıb.
V.Jirinovski “Possiya-24” telekanalında çıxışı zamanı Azərbaycanı MDB ölkələri arasında nümunəvi dövlət adlandırıb.
“Real müsbət nümunə var. Götürək Azərbaycanı. Ölkə böyük nailiyyətlər əldə edib. Bütün kəndlər abadlaşdırılıb, yeni komplekslər, o cümlədən idman qurğuları inşa olunur, bütün ölkənin siması dəyişib”,- deyə V.Jirinovski Azərbaycan xalqının düzgün seçim edərək İlham Əliyevi prezident seçməsini Azərbaycanın sürətli inkişafının səbəbi olaraq qeyd edib.
Bundan başqa, o, Heydər Əliyevi böyük azərbaycanlı adlandıraraq haqqında xoş sözlər söyləyib.
R.Babayev