Rabitə və İnformasiya Texnologiyaları Nazirliynin “Azərmarka” şirkəti tərəfindən 10 mövzuda 24 ədəd poçt markası dövriyyəyə buraxılıb. Bu barədə nazirliyin məlumatında deyilir.
Bundan başqa, hesabat dövründə 6 növ poçt kartı və 6 növ zərf hazırlanaraq dövriyyəyə buraxılıb.
RYTN-in məlumatına görə, poçt markaları Azərbaycan Respublikasının “Poçt haqqında” qanununa, Nazirlər Kabinetinin qərarına və “Poçt ödənişi nişanlarının buraxılması haqqında Əsasnamə”yə uyğun olaraq buraxılır.
N.Abbasova