Cümə günü Qəzza zolağı ərazisindən Tel-Əviv istiqamətinə bir neçə raket buraxılıb. Bu barədə İsrailin “The Jerusalem Post” qəzetinin internet portalı məlumat verir.
Qəzet yazır ki, İsrailin raket əleyhinə müdafiə sistemi bütün raketləri uğurla dəf edə bilib.
Xəbər verildiyi kimi, iyulun 18-də gecə İsrail Qəzza zolağında yerüstü hərbi əməliyyatlara başlayıb. Bundan öncə fələstinlilərin İsrailə endirdikləri raket zərbələrinə cavab olaraq İsrailin müdafiə ordusunun hərbi hava və hərbi dəniz qüvvələri 10 gün ərzində Qəzza zolağındakı obyektlərə zərbələr endiriblər.