SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Günəşli” yatağının dayazsulu hissəsindəki quyunu əsaslı təmirdən sonra istismara verib. Bu barədə SOCAR-ın mətbuat xidmətinin məlumatında deyilir.
49 nömrəli quyu 6 nömrəli dəniz özülündən qazılıb.
Quyuda təmir işləri aparıldıqdan sonra sutkalıq hasilat 15 ton kondensat və 100 min kubmetr qaz təşkil edir.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənilir.
Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ə qədərini təmin edir.
N.Abbasova