Azərbaycan prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının prezidenti Əbdüləziz Buteflikaya “Air Algerie” şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
““Air Algerie” şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”, - deyə İ.Əliyevin başsağlığı məktubunda deyilir.
Dövlət başçısı, həmçinin Fransa prezidenti Fransua Ollanda da başsağlığı teleqramı göndərib.
F.İsazadə