İki həftə davam edən döyüşlərdən sonra islamçı döyüşçülər Benqazi şəhərində Liviyanın xüsusi təyinatlı qoşunlarının əsas bazasını ələ keçiriblər. Bu barədə çərşənbə günü “Əl-Ərəbiyyə” telekanalı məlumat verib.
“Biz heç bir kömək almadığımıza görə iki həftə davam edən döyüşlərdən sonra əsas bazamızı tərk etdik”, - deyə telekanal xüsusi təyinatlı zabitlərdən birinə istinadla bildirir.
Dünən Benqazidə hərbçilər və döyüşçülər arasında toqquşma nəticəsində 30 nəfər həlak olub.
“Əl-Ərəbiyyə” qeyd edir ki, Liviya ordusuna qarşı vuruşan döyüşçülər arasında ABŞ-da terror təşkilatı elan edilmiş “Ənsar əş-Şəriə” qruplaşmasından olan radikal islamçılar da var.