Ötən istirahət günləri Azərbaycanda çoxsaylı insan tələfatı ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə çərşənbə günü Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Yevlax rayonunun Bünyadabad kəndi ərazisində kənd sakini Tofiq Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil kanala düşüb.
Faciə nəticəsində sürücü, eləcə də sərnişinlər Fazil Həsənov, Baxşəli Həsənov və Nəriman Hüseynov qəza yerində həlak olublar.
R.Babayev