Qərbin Rusiyaya qarşı sanksiyaları Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığına ciddi təsir göstərməyəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli bildirib.
“Rusiyaya qarşı sanksiyalar onunla möhkəm iqtisadi əlaqələri olan ölkələrə az-çox təsir göstərəcək. Lakin bu təsir birbaşa deyil, dolayı və cüzi olacaq. Azərbaycan və Rusiyanın qarşılıqlı ticarət strukturu ona dəlalət edir ki, bu sanksiyalar Azərbaycan iqtisadiyyatı üçün ciddi təsirə malik olmayacaq”, - deyə deputat hesab edir.
Onun sözlərinə görə, sanksiyalar Rusiya iqtisadiyyatının zəif nöqtələrinə son dərəcə toxuna bilər. Deputatın fikrincə, Rusiya iqtisadiyyatının maliyyə sektoru xüsusilə zəifdir.
A.Axundov