Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları 2014-cü ilin birinci yarısında 211 müxtəlif cinayətin üstünü açıblar. Bu barədə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Çərşənbə günü 2014-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirədə qeyd edilib ki, penitensiar müəssisələrdə keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində 181 mobil telefon, 517 qramdan artıq çəkidə müxtəlif narkotik vasitələr aşkar edilərək dövriyyədən çıxarılıb.
Bundan başqa, Penitensiar Xidmətin 180 əməkdaşı müxtəlif intizam məsuliyyətinə cəlb olunub, 19 əməkdaş isə fəaliyyətdə yol verdiyi müxtəlif ciddi nöqsan və pozuntulara, habelə xidmətdən kənar əlaqələrə görə ədliyyə orqanlarından xaric edilib.
F.İsazadə