İsrailin müdafiə ordusunun hərbi komandanlığı ehtiyatda olan daha 16 min nəfərin səfərbər edilməsini elan edib. Bu barədə cümə axşamı “Assosiated Press” agentliyi məlumat verib.
Məlumatda deyilir ki, bu addım İsrail hərbçilərinə Qəzza zolağında 23 gündür davam edən hərbi əməliyyatı son dərəcə genişləndirməyə imkan verəcək.
İyulun 8-dən başlamış əməliyyatlar nəticəsində 1360 fələstinli, İsrail tərəfindən isə 56 hərbçi və 3 dinc sakin həlak olub.
Hazırda Qəzza zolağında hərbi əməliyyatlarda iştirak etmək üçün İsrailin hərbi komandanlığı ümumilikdə ehtiyatda olan 86 min nəfəri səfərbər edib.