“AtaBank” 2014-cü ilin əvvəlindən Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitlərindən sahibkarlara 17,125 mln. 915 min manat güzəştli kredit verib. Bu barədə bankın məlumatında qeyd edilir.
“AtaBank” 2003-cü ildən SKMF-in agent bankıdır.
“2003-cü ildən fondun vəsaitlərindən sahibkarlara ümumilikdə 93 mln. manat məbləğində güzəştli kredit verilib”, - deyə məlumatda vurğulanır.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 46 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2013-cü ildə fond sahibkarlara 275 mln. manat məbləğində güzəştli kredit verib, 2014-cü ildə isə 280 mln. manat kredit verməyi planlaşdırır.
“AtaBank” ASC 1994-cü ildə yaradılıb və “AtaHolding”in strukturuna daxildir.
A.Əzizov