Yuri Yakovlev “VTB Bank (Azerbaijan)" ASC-nin İdarə Heyətinin sədri təyin olunub. Bu barədə “VTB” Qrupunun məlumatında qeyd edilir.
“VTB Bank (Azerbaijan)” ASC-nin Müşahidə Şurasının qərarı ilə Yuri Yakovlev bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Yeni rəhbər Azərbaycan Mərkəzi Bankında attestasiyadan keçdikdən sonra vəzifəsinin icrasına başlayıb”, - deyə məlumatda bildirilir.
Y.Yakovlev 2006-cı ildən etibarən “VTB” Qrupunda çalışır, 2011-ci ildən “VTB” bankın Nyu-Delidəki filialına rəhbərlik edib.
“Yuri Dmitriyeviç maliyyə sektorunda böyük iş təcrübəsinə malikdir. O, “VTB” bankın Hindistandakı filialının səmərəli fəaliyyətini təmin edərək qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirib. Biz əminik ki, onun rəhbərliyi altında “VTB Bank (Azerbaijan)” əsas maliyyə göstəricilərinin müsbət dinamikasını nümayiş etdirərək biznesin fəal inkişafını davam etdirəcək”, - deyə məlumatda “VTB”nin prezidenti - İdarə Heyəti sədrinin birinci müavini Vasili Titova istinadən bildirilir.
2009-cu ilin mart ayında Azərbaycan Mərkəzi Bankı “VTB Bank (Azerbaijan)" ASC-yə bank fəaliyyəti üçün lisenziya verib. Bankın səhmdarları strukturunda səhmlərin 51%-i “VTB Bank” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.
A.Əzizov