Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən respublikanın qərb bölgəsində çoxlu miqdarda yabanı halda bitmiş çətənə kolları aşkar edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə axşamı Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları Zəhmət kəndi ərazisində ümumi çəkisi 1,125 ton olan 3041 ədəd yabanı halda bitmiş çətənə kolu aşkar ediblər.
Narkotik tərkibli bitkilər məhv edilib.
C.Həmidov