2014-cü il iyulun 1-nə Azərbaycanda bankların ümumi aktivləri 22 mlrd. 569,8 mln. manat təşkil edir. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) saytında dərc edilmiş məlumatda qeyd edilir.
Xəbər verildiyi kimi, 1 yanvar 2014-cü il tarixinə bankların ümumi aktivləri 20 mlrd. 385,1 mln. manat təşkil edib. Beləliklə, 2014-cü ilin I yarısında Azərbaycanda banklar aktivlərini 10,7% artırıblar.
AMB-nin məlumatına görə, 2014-cü il iyulun 1-nə bankların kredit qoyuluşları 16 mlrd. 285 mln. manat (2014-cü ilin yanvar-iyun aylarında artım 8,6% - İF-Az), məcmu kapitalı 3 mlrd. 762 mln. manat (artım 9,8% - İF-Az) təşkil edir.
Cari ilin iyul ayının əvvəlinə olan vəziyyətə görə, banklar əhalidən 6 mlrd. 720,6 mln. manat məbləğində əmanət cəlb edib (I yarımillikdə artım 5,1% - İF-Az).
A.Əzizov