Cəbhə xəttində hərbi əməliyyatlar zamanı Ermənistan tərəfi 70-dən artıq hərbçi itirib. Bu barədə üçüncü Ordu korpusu komandiri, general-leytenant Rövşən Əkbərov bəyan edib.
“Hərbi əməliyyatlar zamanı Ermənistan tərəfi 71 hərbçi itirib, daha 80 nəfər yaralanıb”, - deyə R.Əkbərov şəhid olmuş gizir İsə Almazovun ailəsinə “Hərbi xidmətdə
fərqlənməyə görə” medalının təqdimetmə mərasimində bəyan edib. Bu barədə ATV telekanalı məlumat verib.
O, həmçinin vurğulayıb ki, hərbi əməliyyatlar nəticəsində ermənilərin 6-7 postu məhv edilib.
“Biz müharibəni atıcı silahla aparırıq. Hələ ki, digər növ silahlara əl atmamışıq. Əgər digər silahlara əl atsaq, o zaman (işğal olunmuş ərazilərdə - İF-Az) bir nəfər belə qalmayacaq”, - deyə general bəyan edib.
F.İsazadə