Prezident İlham Əliyev Xətai rayonundakı 56 nömrəli orta məktəbin binasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov prezidentə görülən işlərlə bağlı məlumat verib.
Bildirilib ki, məktəbin binası 1976-cı ildə inşa olunub. 960 şagird yerlik məktəbdə Azərbaycan və rus bölmələri fəaliyyət göstərir. Prezidentin tapşırıqlarına uyğun olaraq, yeni dərs ilinə hazırlıq məqsədilə məktəbin binası əsaslı şəkildə yenidən qurulub, lazımi ləvazimatla təchiz edilib.
Dövlət başçısına Xətai rayonundakı məktəblərdə görülən təmir və yenidənqurma işləri barədə də məlumat verilib.
R.Babayev