"Qarabağ" futbol klubu Çempionlar Liqasındakı matça qara sarğı ilə çıxmaq üçün UEFA-ya rəsmi şəkildə müraciət edib. Bu barədə klubun baş məşqçisi Qurban Qurbanov məlumat verib.
Bu, son bir neçə gün ərzində cəbhə xəttində Azərbaycan Ordusunun itki verməsi ilə əlaqədardır.
"UEFA adətən matça bir gün qalmış cavab verir. İnşallah rəsmi qərar verilər və biz matça qara sarğı ilə çıxarıq”, - deyə baş məşqçi qeyd edib.
“Atəşkəsin pozulması nəticəsində bizim oğullarımız şəhid olub. Bizim üçün bu, çox ağrılıdır. İnşallah sabah yaxşı nəticə əldə edib azarkeşləri sevindirərik”, - deyə o bildirib.
Qeyd edək ki, "Zaltsburq" - "Qarabağ" oyunu avqustun 6-da Zaltsburq stadionunda baş tutacaq.
F.İsazadə