22-25 oktyabr tarixlərində Bakıda “Sələflər və xələflər” mövzusunda Beynəlxalq konfrans keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.
Tədbir AMEA Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə keçiriləcək və görkəmli ictimai xadim Əli bəy Hüseynzadənin 150 və akademik Məmmədağa Şirəliyevin 105 illik yubileylərinə həsr olunub.
Konfransın əsas məqsədi türk dünyasının görkəmli dilçi alimlərini xatırlamaq və onların məşğul olduqları problemlərdən bəhs etməklə, onları yeni nəslə tanıtmaqdır.
A.Zeydullayeva