Afrikada sürətlə yayılan ebola virusu təhlükəsi Azərbaycanda gözlənilmir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov bildirib.
“Bu virusun Azərbaycanda yayılma təhlükəsi yoxdur. Respublikada hər hansı profilaktik tədbirlərin həyata keçirilməsinə ehtiyac yoxdur”, - deyə Ş.Qurbanov bildirib.
Onun sözlərinə görə, Afrikada ebola virusu yarasalarla qidalanmanın nəticəsi olaraq yayılıb. Onların yoluxmuş qanı infeksiya mənbəyi rolunu oynayıb.
“Bu hal hələ axıra kimi öyrənilməyib. Təkcə o məlumdur ki, virus qanla keçir”, - deyə mütəxəssis bildirib.