Azərbaycanın dövlət başçısı İlham Əliyev Coko Vidodonu İndoneziya Respublikasının prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“İndoneziya Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək”, - deyə İ.Əliyevin təbrik məktubunda deyilir.
F.İsazadə