Milli Məclisin deputatları avqustun 10-da Türkiyədə keçiriləcək növbəti prezident seçkilərinin monitorinqində iştirak edəcəklər. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov və deputat Sədaqət Vəliyeva Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) xətti ilə prezident seçkilərini müşahidə edəcəklər.
Bu məqsədlə parlament üzvləri avqustun 7-dən 13-dək Türkiyədə səfərdə olacaqlar.
Bundan başqa, Milli Məclisin deputatı Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasının xətti ilə Türkiyədə keçiriləcək prezident seçkilərinin monitorinqində iştirak edəcək.
R.Babayev