Azərbaycan Ordusunun hərbçisi tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində dünyasını dəyişib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hadisə Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsdə baş verib.
Hərbi hissənin əsgəri Cavid Məmmədov avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində dünyasını dəyişib.
Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
Bundan başqa, Müdafiə Nazirliyi əsgər Murad Səmədovun tabeliyindəki silahla ehtiyatsız davranması nəticəsində həlak olması barədə məlumatı təsdiq edib.
R.Babayev