NATO Qarabağ münaqişəsi zonasında gərginliyin artmasından narahatdır. Bu barədə çərşənbə axşamı jurnalistlərə NATO-nun Cənubi Qafqaz üzrə nümayəndəsi Uilyam Lahu söyləyib.
"Gərginliyin artması yalnız Ermənistan və Azərbaycanın deyil, həm də bütün regionun təhlükəsizliyinə təhdiddir. Tərəflər yaranmış gərginliyin aradan qaldırılması üçün tədbirlər görməlidir", - deyə U.Lahu bildirib.
Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı NATO-nun mövqeyi dəyişməz olaraq qalır.
"NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu mövqe dəyişməz olaraq qalacaq. NATO Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır", - deyə o vurğulayıb.
F.İsazadə