"Muğanbank" filial şəbəkəsini genişləndirir. Bu barədə bankın məlumatında qeyd edilir.
Şəki, Zaqatala və Şirvan şəhərlərində bankın 3 yeni filialı fəaliyyətə başlayıb.
Beləliklə, bankın şəbəkəsinə 42 filial daxildir, onlardan 23-ü bölgələrdə fəaliyyət göstərir. Bundan başqa, bankın 7 şöbəsi fəaliyyət göstərir.
Yeni filiallarda əhaliyə bütün növ bank xidmətləri təklif ediləcək.
“Muğanbank” 1992-ci ilin noyabr ayında yaradılıb. Bankın səhmdarları fiziki şəxslərdir.
A.Axundov