Böyük Britaniya Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlikdən narahatdır. Bu barədə Böyük Britaniyanın Bakıdakı səfiri İrfan Siddiq bəyan edib.
“Ötən həftə çoxsaylı insan tələfatı, həmçinin toqquşma zamanı müasir texnikadan istifadə edilməsinə dair yayılan məlumat son 20 il ərzində ən böyük narahatlıq doğurur”, - deyə İ.Siddiq bildirib.
O vurğulayıb ki, Böyük Britaniya münaqişə tərəflərini gərginliyin azaldılması üçün tədbirlər görməyə və atəşkəs rejiminin şərtlərinə riayət etməyə çağırıb.
“Biz hər iki tərəfdən itkilərlə bağlı narahatıq və tərəfləri sülh sazişinin əldə olunması məqsədilə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə əməkdaşlığa çağırırıq”, - deyə o bəyan edib.
F.İsazadə