Türkiyədəki Azərbaycan diaspor təşkilatları Qarabağ münaqişəsi zonasında son hadisələrlə bağlı birgə bəyanatla çıxış ediblər. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
“Bu işğalçı qurum bilməlidir ki, yeni "Xocalı"lar yaşanmayacaq”, - deyə Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının üzvü olan 10-dan artıq təşkilatın imzaladığı bəyanatda deyilir.
Bəyanat müəllifləri vurğulayıblar ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı əbədi davam etməyəcək.
“Ermənilərin 1990-cı illərdə işğal etdikləri torpaqlar əsla daimi onlarda qalmayacaq. Azərbaycan dövləti güclü, suveren bir dövlətdir. Özünü müdafiə edəcək hərbi qüvvələrə malikdir”, - deyə bəyanatda qeyd edilir.
R.Babayev