SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi (İB) çərşənbə günü Azərbaycanın 3 və Bakının 5 rayonunun qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İB-dən məlumat verilib.
Qaz nəqli sistemində təmir-quraşdırma işləri ilə əlaqədar bu gün səhər saatlarından 14.00-dək Bakının Nərimanov və Yasamal, işlər başa çatanadək isə Binəqədi və Nəsimi rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranıb. Saat 12.00-dan 14.00-dək Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə, saat 15.00-dan 17.00-dək Sabunçu rayonunun qaz təchizatına məhdudiyyətlər qoyulacaq.
Bundan başqa, səhər saatlarından 18:00-dək Şamaxı, İsmayıllı və Lənkəran rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranıb.
N.Abbasova