Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) AZS İSOİEC 17024-2014 “Uyğunluğun qiymətləndirilməsi. Heyətin sertifikatlaşdırılmasını həyata keçirən orqanlara ümumi tələblər” dövlət standartını təsdiq edib. Bu barədə komitənin məlumatında deyilir.
“Yeni standart heyətin sertifikatlaşdırılmasını aparan təşkilatlar üçün ümumi qəbul edilmiş tələblərin əldə edilməsi və yayılması məqsədilə hazırlanıb. Standart heyətin sertifikatlaşdırılması üzrə orqanların və onların istifadə etdikləri sertifikatlaşdırma sxemlərinin ardıcıl, tutuşdurulan və etibarlı işinə zəmanət verən tələbləri müəyyən edir”, - deyə məlumatda qeyd olunur.
Bu standartın tələbləri heyətin sertifikatlaşdırılma sxemlərini realizə edən orqanlara verilən əsas tələblər kimi xarakterizə olunur.
N.Abbasova