Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Ağdam rayonunda olub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident səfər çərçivəsində “N” saylı hərbi hissədə olub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov son günlər Qarabağ münaqişəsi bölgəsində yaranmış hərbi şərait barədə dövlət başçısına məlumat verib.
İ.Əliyev xidmətdə fərqlənən bir qrup hərbçiyə xatirə hədiyyələri təqdim edib.
Sonra dövlət başçısının iştirakı ilə operativ müşavirə keçirilib. Prezidentə cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edilib.
R.Babayev