Azərbaycan Silahlı Qüvvələri erməni hərbçilərin Azərbaycanın mövqelərinə hücumunu layiqincə dəf ediblər. AzTV telekanalının məlumatına görə, bu barədə prezident İlham Əliyev bəyan edib.
Ağdam rayonundakı N saylı hərbi hissənin şəxsi heyəti qarşısında çıxışı zamanı dövlət başçısı düşmənin hücumlarının qarşısını alarkən qəhrəmancasına həlak olmuş hərbçilərin ailələrinə başsağlığı verib.
Prezident vurğulayıb ki, ən müasir hərbi texnika ilə təchiz olunan Azərbaycan Silahlı Qüvvələri bundan sonra da düşmənin bütün hücumlarını dəf edəcək.
Dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində mümkündür və Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.
R.Babayev