Media Consulting and Services (MC&S) şirkətinin hazırladığı reytinq cədvəlində Azərbaycan Beynəlxalq Bankı (ABB) 2014 –cü ilin iyul ayında KİV-də yerləşdirilən məlumatların sayına görə yenə liderdir.
MC&S reytinqinə əsasən ölkənin kütləvi informasiya vasitələrində iyul ayında ABB barədə 334 məlumat getmişdir ki, bunun da 291 onlayn –KİV, digərləri qəzet, radio və televiziyanın payına düşür.
MC&S mütəmadi olaraq 160 adda kütləvi informasiya vasitələrini izləyir, iqtisadiyyatın 20 sektoru üzrə monitoring keçirir.