Ermənistan prezidenti Serj Sarqsyan avqustun 8-də Soçiyə işgüzar səfər etməyi planlaşdırır.
Ermənistan prezidentinin mətbuat xidmətindən “İnterfaks” agentliyinə verilən məlumata görə, erməni tərəfi səfər çərçivəsində “Qarabağ probleminin sülh yolu ilə nizamlanması məsələsini, eləcə də yaranmış vəziyyəti müzakirə etmək” üçün Azərbaycan prezidenti İlham Əliyevlə görüşməyə hazır olduğunu bəyan edib.
“Erməni tərəfi Qarabağ münaqişəsinin sülh yolu ilə və ədalətlə nizamlanmasının alternativinin olmadığına əmin olaraq qalmaqla hər zaman yüksək səviyyədə görüşlərin keçirilməsinin tərəfdarı olub”, - deyə Ermənistan prezidentinin mətbuat xidmətindən qeyd ediblər.