Azərbaycan Ordusu ermənilərin kəşfiyyat-diversiya qrupunun qoşunların təmas xəttini keçmək cəhdinin qarşısını alıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Bu gün saat 13:30 radələrində Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib”, - deyə nazirliyin məlumatında qeyd olunur.
Müdafiənin ön xəttində yerləşən Azərbaycan bölmələrinin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb.
“Aşkar olunan qrup yaxın məsafəyə buraxıldıqdan sonra dəstənin zərərsizləşdirilməsi istiqamətində tədbirlərə başlanıb. İtkilər verərək geri çəkilən təxribat-diversiya qrupunun dörd üzvü məhv edilib, daha bir üzvü - Berd rayonunun Çinari kənd sakini, 1989-cu il təvəllüdlü Karen Petrosyan isə Azərbaycan hərbçiləri tərfindən tutulub”, - deyə nazirliyin məlumatında deyilir.
Hazırda dəstənin planı və fəaliyyətinin araşdırılması ilə əlaqədar iş aparılır.
R.Babayev