"NBC Bank" 10 mln. manat məbləğində səhmin əlavə emissiyası hesabına nizamnamə kapitalını 27,4% - 46 mln. 536,1 min manata qədər artırmağı planlaşdırır. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Bakı Fond Birjasından məlumat verilib.
Əlavə emissiya bir qiymətli kağızın nominal dəyəri 243,6 manat olan 41,051 min ədəd səhmə bölünüb.
Əlavə emissiyadan olan səhmlərin yerləşdirilməsinin anderrayteri "Texnika Kapital Menecment" MMC olacaq.
Hazırda “NBC Bank”ın nizamnamə kapitalı 36 mln. 536,1 min manata bərabərdir.
“NBC Bank” 1992-ci ilin dekabr ayında "Ruzu bank" kimi təsis edilib. 2003-cü ilin yanvar ayında bankın adı “NBC Bank” ilə əvəz edilib. Hazırda bank aktivlərinin həcminə görə Azərbaycanın 30 aparıcı bankından biridir.
A.Axundov