Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Araz” supermarketində qeyri-qanuni stimullaşdırıcı lotereyanın keçirilməsini aşkar edib. Bu barədə QKDK-nın məlumatında deyilir.
“QKDK bəyan edir ki, “Araz” supermarketinin keçirdiyi lotereya qeyri-qanunidir və əhalini lotereyada iştirakla bağlı diqqətli olmağa çağırır”, - deyə məlumatda vurğulanır.
N.Abbasova