SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi cümə günü Bakının 3 və Azərbaycanın 1 rayonunun qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İB-dən məlumat verilib.
Qaz nəqli infrastrukturunda təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar səhər saatlarından 14:00-dək Bakının Yasamal, saat 16:00-dək Suraxanı və saat 18:00-dək Xəzər rayonlarının bir hissəsinin qaz təchizatında fasilələr yaranıb.
Bundan başqa, səhər saatlarından 18:00-dək Ağsu rayonunun bir hissəsinin qaz təchizatına məhdudiyyətlər qoyulub.
N.Abbasova