Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxana – İnformasiya Resursları Mərkəzinin nümayəndələri Rusiyanın kitabxanalarında olublar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Mərkəzin əməkdaşları Rusiya Elmlər Akademiyasının Təbiət Elmləri Kitabxanası və Sankt Peterburq şəhərində Yeltsin adına Prezident Kitabxanasında olublar.
Məlumatda qeyd olunur ki, səfər zamanı Rusiya Dövlət Kitabxanasının (RDK) baş direktoru Aleksandr Vislıy ilə görüş keçirilib.
Tərəflər mövcud problemləri və gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər.
A.Zeydullayeva